“Porshe Adil” ləqəbli icra başçısından narazılıqlar artır

11.11.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti ilə bağlı səsləndirilən şikayətlər, tikinti sahəsində vətəndaşlardan qanunsuz tələblər və son günlər baş verən jurnalist həbsi rayon rəhbərliyinin fəaliyyətinin daha ciddi araşdırılması zərurətini gündəmə gətirib.

Gununesi.info xəbər verir ki, uzun illərdir Sabunçu rayonuna rəhbərlik edən Adil Vəliyevin adı müxtəlif vaxtlarda tikinti, torpaq münasibətləri və sahibkarlıq fəaliyyəti ilə bağlı narazılıqlarda hallandırılıb. Xüsusilə fərdi yaşayış evlərinin, kommersiya və digər qeyri-yaşayış obyektlərinin tikintisi zamanı qanunvericilikdə nəzərdə tutulmayan əlavə tələblərin irəli sürülməsi barədə iddialar diqqət çəkir. Bu iddialar araşdırılarkən əsas sual ondan ibarətdir: Sabunçuda tikinti aparmaq istəyən vətəndaşlar yalnız qanunla müəyyən edilmiş prosedurlardan keçirlər, yoxsa onlardan əlavə qeyri-rəsmi razılaşmalar da tələb olunur?

Məsələ təkcə ayrı-ayrı vətəndaşların narazılığı deyil. Əgər tikinti və torpaq münasibətlərində vəzifə səlahiyyətlərindən sui-istifadə halları təsdiqini taparsa, bu, artıq hüquqi məsuliyyət məsələsidir.

Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə bağlı daha əvvəl də ciddi iddialar səsləndirilib.

Gununsesi.info xatırladır ki, 2026-cı ilin avqustunda yayılan məlumatlarda jurnalist Elçin Muradov rayon icra hakimiyyətinin iki əməkdaşının vətəndaşdan 22 min manat aldığı, sonradan şikayətlərdən sonra həmin məbləğin geri qaytarıldığı barədə yazı dərc edib.

Bununla bağlı yayılan məlumatlarda qeyd olunurdu ki, hətta pulun qaytarılması ilə bağlı müvafiq akt da tərtib edilib.

Adil Vəliyevin adı ilə bağlı müzakirə olunan digər məsələ onun mümkün biznes əlaqələridir. Müxtəlif çevrələrdə “Porşe Adil” ləqəbi ilə tanınan icra başçısının dövlətdəki statusundan istifadə edərək biznesini genişləndirdiyi də deyilir.

 Adil Vəliyevlə bağlı müzakirələri yenidən gündəmə gətirən hadisələrdən biri də jurnalist Elnur Şükürovun həbsidir.

Bununla bağlı yayılan görüntülərdə icra başçısının jurnalistin yaşadığı məhəlləyə getməsi, orada ona əl-qol hərəkətləri etməsi açıqca görünsə də, nədənsə Elnur Şükürova qarşı xuliqanlıq ittihamı verilib.

Əgər Elnur Şükürov cinayət törətmiş olsaydı, o zaman nədən bu olayı elə özü ictimailəşdirirdi?

Görünür, Adil Vəliyev özünü güclü hesab edir. Amma o, günahsız bir jurnalisti həbsə atdırarkən düşünməlidir ki, son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin bir sıra rayon icra hakimiyyətlərində keçirdiyi əməliyyatlara bir gün özü də tuş gələcək.

Rayonda tikinti sahəsində baş verənlərə dair bir neçə şikayət kifayət edir ki, Adil Vəliyev dəı məsuliyyətə cəlb olunsun.

Bu arada Gununsesi.info Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin jurnalistlə arasında baş verənlərə dair mövqeyini öyrənmək istəsə də, icra başçısı bundan imtina edib.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью