Icma.az bildirir, Saglamolun portalına istinadən. Bütün dünyada portağal şirəsi ən çox sevilən və içilən şirə sayılır.
Portağal şirəsi ən dadlı şirələrdən biridir. Bundan əlavə portağal şirəsi həmçinin çox faydalıdır.
Onun tərkibində çox miqdarda A və C vitaminləri var. A və C vitaminləri ən güclü antioksidantlardır.
Bu o deməkdir ki, bu vitaminlər orqanizmi qocalmaqdan və dağılmaqdan qoruyur, orqanizmi cavanlaşdırır.
Bir çox ölkələrdə təbii portağal şirəsi səhər yeməyinin zəruri atributudur.
Portağal şirəsi orqanizmin tonusunu qaldırır, orqanizmi oyadır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Portağal şirəsi müxtəlif damar xəstəliklərinin ən yaxşı profilaktik vasitəsi sayılır.
Bu şirənin tərkibində olan maddələr damarları daha möhkəm və elastik edir, tromblaşmanın qarşısını alır.