“” portalı üzərindən bilet satışı 1,6 dəfə artıb

05.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1,6 dəfə artıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində portal vasitəsilə onlayn qaydada 1 milyon 34 min 341 bilet əldə edilib. On ay ərzində onlayn bilet satışının həcmi 42 faiz olub. Ötən ilin müvafiq dövründə bu göstərici 28 faiz idi.

2025-ci ilin yanvar-oktyabr ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 36,5 faiz idisə, cari ilin müvafiq dövründə bu göstərici 48 faizə yüksəlib.

Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью