Portiqaliyalı futbolçu İngiltərəyə dönür

24.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Portiqaliyalı futbolçu Joao Palinya yenidən İngiltərədə oynaya bilər.

İdman.biz xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi ilə "Tottenhem" maraqlanır.

Ötən mövsümdə "Fulhem"dən transfer olunan Palinya Münhen klubunda ümidləri doğrultmyaıb. Əsas heyətdə möhkəmlənə bilməyən 30 yaşlı futbolçu "Tottenhem"lə danışıqlar aparır. Londonlular onun transferinə 25-30 milyon avro xərcləmək niyyətindədirlər.

Qeyd edək ki, 51 milyon avroya "Bavariya" keçən Palinya 25 oyunda fərqlənməyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью