Porto baş məşqçisi ilə yollarını ayırıb

21.01.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Portuqaliya təmsilçilərindən "Porto" baş məşqçisi Vitor Bruno ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

42 yaşlı portuqaliyalı ilə müqavilə qeyri-qənaətbəxş nəticələrə görə ləğv edilib.

Komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Xose Tavares yerinə yetirəcək.

Qeyd edək ki, Vitor Bruno ötən ilin yayından “Porto”ya rəhbərlik edirdi. 18 turdan sonra komanda Portuqaliya liqasında  40 xalla 3-cü pillədədir.  

"Qalatasaray"dan Asensio bombası Okan Burukun istədiyi hücumçu Bundesliqa klubuna keçir Özbək futbolçu Premyer Liqa tarixinə düşüb Alonso “Real”ı çalışdıra bilər La Liqa: “Vilyareal” 3 xalı 4 qolla qazandı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью