Porto Silvanı heyətində saxladı

12.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Porto” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Portuqaliya klubu hücumçu Andre Silva ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı forvard komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Andre Silvanın son klubu İspaniya təmsilçisi “Elçe” olub. Onun La Liqa klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatıb. Hücumçu ötən mövsüm İspaniya çempionatında 31 oyuna çıxıb və 10 qol vurub.

Qeyd edək ki, Andre Silva “Porto”nun yetirməsidir. O, daha əvvəl doğma klubunun heyətində 58 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Vuşkoviç "Brayton"un hədəfində: FUTBOLÇU DA RAZIDIR "Real" bəndi aktivləşdirməyəcək: MUNYOS İNGİLTƏRƏ YOLUNDA Keyn millinin tarixinə düşdü: 4-cü pilləyə yüksəldi "Bavariya" rəsmisi: “Real”ın onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm "Arsenal"ın yeni transfer hədəfi: "ROMA"DAN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью