“Porto”da top tutmağı öyrəndi, “Karvan”a rast gəldi TRANSFER

17.07.2025

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

«Karvan» bu gün növbəti transferini edib.

Yevlax təmsilçisi Pedro Mateuşu sıralarına qatıb.

Sao Tome və Prínsipe yığmasının da formasını geyinən qapıçı artıq Azərbaycandadır. 28 yaşlı kiperlə bağlanan müqavilənin müddəti 1 ildir.

Futbolun sirlərini «Maritimo» və «Porto»nun akademiyasında öyrənən Mateuş son olaraq «Feyrense»nin şərəfini qoruyub.

Həmçinin «Marítimo»nun əsas və B komandalarının, «Olympias Limpion» və «Sanyoanense»nin uğurları üsün tər töküb.

16 ildən sonra elitaya dönmüş «Karvan» ötən günlərdə Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveyra Silva (son klubu “Zabbar”, Malta) və,Kile Spens (Son klubu “Coleraine”, Şimali İrlandiya) ilə «nigah»ını rəsmiləşdirib. \\SPORTİNFO.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью