Portsmutda miqrant etirazları

08.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“The Daily Telegraph” qəzetinin yaydığı məlumata görə, Portsmutda nümayişçilərlə polis arasında toqquşmalar baş verib. İğtişaşlara səbəb sentyabrın 6-da La-Manş boğazında saxlanılan 140 qeyri-qanuni miqrantı daşıyan gəminin şəhərə yan alması olub. Təxminən 500 etirazçı limana gedən yeganə yolu bağlayıb. Polis izdihamı dağıtmaq üçün qalxanlardan və gözyaşardıcı qazdan istifadə edib. Lakin sayca polislərdən çox olan nümayişçilər kiçik gəmilər üçün nəzərdə tutulmuş liman ərazisinə daxil ola biliblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью