Portu belaruslu hücumçunu heyətinə qatdı RƏSMİ

15.01.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Portu” heyətinə belaruslu futbolçu qatıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Minsk “Dinamo”sunun üzvü Trofim Melniçenko Portuqaliya nəhənginin sıralarına cəlb edilib.

18 yaşlı mərkəz hücumçusu bir müddət komandanın əvəzedicilərində oynayacaq.

Müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atan gənc oyunçunun transferi "əjdahalar"a 380 min avroya başa gəlib.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью