“Portu” “Benfika”nı belə məğlub etdi VİDEO

21.09.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Portuqaliya çempionatının VII turunda prinsipial qarşılaşma keçirilib.

Apasport.az xəbər verir ki, “Portu” doğma meydanda “Benfika”nı 3:1 hesabı ilə məğlub edib. 

Matçda hesabı 31-ci dəqiqədə Qabri Veqa açıb. 35-ci dəqiqədə “Benfika”nın müdafiəçisi Kleman Lanqle ikinci sarı vərəqəni alaraq meydandan qovulub və qonaqlar azlıqda qalıb. 

Buna baxmayaraq, “Benfika” ikinci hissənin əvvəlində Aleksander Bahın qolu ilə bərabərliyi təmin edib. “Portu” isə az sonra yenidən üstünlüyü ələ keçirib. Viktor Froholdt 55-ci, Hvan İn Bom isə 60-cı dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib. 

Bu qələbə ilə “Portu” 7 oyundan maksimum nəticə göstərərək xalını 21-ə çatdırıb və liderliyini möhkəmləndirib. 16 xalı olan “Benfika” ikinci pillədədir. “Əjdahalar” əsas rəqibi ilə fərqi 5 xala yüksəldib. 

Qeyd edək ki, bu, “Benfika”nın cari mövsümdə Portuqaliya çempionatında ilk məğlubiyyəti olub. 

Harri Keyndən Bundesliqada tarixi rekord “Trabzonspor” - “Qalatasaray” matçının VAR hakimi bəlli oldu Günün oyunları bu kanallarda - TV AFİŞA “Karyeramı “Barselona”da başa vurmaq istəyirəm” “Çelsi” Londonda darmadağın oldu - VİDEO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью