Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Portu” klubu “Milan”ın hücumçusu Santiaqo Ximenesi heyətinə qatıb.
Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi Meksika millisinin 25 yaşlı forvardını satınalma hüququ ilə 1 illik icarəyə götürüb.
Ximenes “Milan”ın heyətində keçirdiyi 37 rəsmi oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.