“Portu”dan “Siti”yə rəsmi

04.02.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti” heyətini gücləndirməyə davam edir.

Apasport.az xəbər verir ki, komanda “Portu”da çıxış edən 23 yaşlı Niko Qonzalesi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, “şəhərlilər” oyunçu üçün qarşı tərəfə 60 milyon avro ödəyəcək.

Futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm “Portu”nun heyətində çıxış etdiyi 29 rəsmi matçda 7 qol, 6 assistlə yadda qalıb.

“Komo”dan “Benfika”ya 40 min klubu olan ölkə: Futbolun beşiyinə səyahət İkardidən Mourinyoya cavab - FOTO Mourinyodan "Qalatasaray" barədə şok paylaşım Premyer Liqanı İtaliya çempionatına dəyişdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью