“Portu”nun oyunu yarımçıq dayandırıldı

04.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliya çempionatının 17-ci turu çərçivəsində keçirilən “Nasional” - “Portu” oyunu yarımçıq dayandırılıb. 

QOL.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. Qatı duman buna səbəbindən matç 15-ci dəqiqədə yarımçıq dayandırılıb, daha sonra isə təxirə salınıb. Həmin vaxt görüşdə hesab 0:0 olub.

Hələlik qarşılaşmanın qalan hissəsinin nə vaxt oynanılacağı məlum deyil. 

Qeyd edək ki, hazırda “Portu” 40 xalla turnir cədvəlində ikinci yeri tutur. “Nasional” isə 13 xalla 15-cidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью