Portuqaliya çempionatında meydança xətlərinə boya əvəzinə süd töküblər

06.01.2025

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Futbol üzrə Portuqaliya II Liqasında “Oliveyrenşe” və “Felgeyraş” komandaları arasında keçirilən matçda maraqlı hadisə yaşanıb.

Adalet.az xəbər verir ki, oyun zamanı güclü yağış meydançadakı xətlərin görünməz olmasına səbəb olub. Xətləri müəyyən etmək üçün boya olmadığından ev sahiblərinin rəsmiləri problemin həll yolunu rəngləmə maşınına süd tökməklə tapıblar.

Görüş “Felgeyraş”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью