Portuqaliya çempionu Taylandda itkin düşüb

04.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Portuqaliyanın bodibordinq üzrə çempionu Daniel dos Santos Taylanddakı Koh Panqan adasında yoxa çıxıb.

“Report” “Surtotal”a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial şəbəkələrdə məlumat paylaşıb.

O, idmançının artıq iki həftədir ki, Taylandda müəmmalı şəraitdə itkin düşdüyünü və bundan bir neçə gün sonra onun əşyalarını - pasportunu, pul kisəsini və təyyarə biletini ağacın altında tapdığını bildirib.

Portuqaliyanın Daxili İşlər Nazirliyindən durumun izlənildiyi və Portuqaliyanın Taylanddakı səfirliyi vasitəsilə idmançının ailəsi ilə əlaqə saxlanıldığı bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью