Icma.az bildirir, Qol.az portalına istinadən.
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
DÇ-2026-nın seçmə mərhələsinin F qrupunda sonuncu - 6-cı turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Portuqaliya millisi Portuda Ermənistan komandasını qəbul edib. Görüşdə meydan sahibləri rəqiblərini darmadağın edib - 9:1.
Portuqaliyanın qollarını Renatu Veyqa (7), Qonsalu Ramuş (28), Joau Neveş (30, 41, 81), Bruno Fernandeş (45+3, 52, 72-pen.) və Fransişku Konseysau (90+2) vurub, Ermənistandan isə Eduard Spertsyan (18) fərqlənib.
Portuqaliya qrupu 13 xalla lider kimi başa vurub, Ermənistan isə 3 xalla sonuncu olub.