Portuqaliya klubunda yeni təyinat

30.01.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Portu”nun yeni baş məşqçisi müəyyənləşib.

Komandaya Martin Anselmi təyinat alıb. Argentinalı mütəxəssis ilə bağlanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Anselminin sonuncu iş yeri Meksika “Krus Asul”u olub. 39 yaşlı məşqçi bir neçə gün əvvəl istefaya göndərilən Vitor Brunoya xələf olub.
“Portu” hazırda Portuqaliya çempionatında 19 oyuna 41 xalla 3-cü yeri tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью