Portuqaliya kokain daşıyan sualtı qayığı saxlayıb

26.01.2026

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az Portuqaliya Hərbi Dəniz qüvvələrinin yaydığı məlumat istinadən xəbər verir ki, 86 saatdan çox davam edən əməliyyata 60-dan çox şəxsi heyət cəlb olunub.
“Portuqaliya Hərbi Dəniz qüvvələri ölkə polisi və Hərbi Hava qüvvələri ilə əməkdaşlıq çərçivəsində dəniz yolu ilə transkontinental narkotik ticarəti ilə mübarizə əməliyyatı həyata keçirib. Nəticədə hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları 300 bağlama narkotik daşıyan sualtı qayığı saxlayıblar”, - xəbərdə deyilir.
Latın Amerikasından olan dörd nəfərlik heyətə malik gəmi Azor adalarından təxminən 426 kilometr aralıda, açıq dənizdə tutulub.
Əlverişsiz hava şəraiti və gəminin konstruksiyasının möhkəm olmaması səbəbindən onu yedəyə almaq cəhdi nəticə verməyib və gəmi batıb. İstintaq davam edir.
Bundan əvvəl İspaniya duzun içərisində gizlədilmiş 10 ton kokain daşıyan gəmini saxlamışdı.
Yanvarın 21-də isə sintetik narkotik istehsalçılarına qarşı Avropolun koordinasiya etdiyi “ən böyük” əməliyyatın başa çatdığı bildirilib. Dörd ölkəni əhatə edən bu əməliyyat 24 əsas laboratoriyanın bağlanması ilə nəticələnib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью