Portuqaliya Kristin fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq

02.02.2026

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya Baş naziri Luiş Monteneqru beş nəfərin ölümünə səbəb olan və ölkəyə böyük ziyan vuran "Kristin" fırtınasının nəticələrinin aradan qaldırılması üçün 2,5 milyard avro ayırmağı vəd edib.

O, bunu Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Bəzi bölgələr daha ciddi vəziyyətlə üzləşəcəklər ki, bu da hətta təxliyə tələb edə bilər", - o qeyd edib.

Bundan əlavə, Baş nazir ölkədə leysan yağışlar proqnozlaşdırdığı üçün fövqəladə vəziyyət rejiminin müddətini fevralın 8-dək uzadıb. Yağışlı havanın bütün həftə boyu davam edəcəyi gözlənilir./Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью