Portuqaliya Kuboku: 2 ci liqa komandası Avropa Liqasında!

25.05.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Portuqaliya kubokunda qalibin adı bəlli olub.

Apasport.az xəbər verir ki, final görüşündə "Sportinq" və "Torrense" qarşı-qarşıya gəliblər.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib: 1:1.

Əlavə olunan vaxtda 2-ci liqa təmsilçisi "Torrense" daha bir qol vurmağı bacarıb.

Matçda başqa qol olmayıb: 2:1.

Bu sürpriz nəticədən sonra kuboka yiyələnən "Torrense" növbəti mövsüm Avropa Liqasında çıxış etməyə vəsiqə qazanıb.

Qeyd edək ki, aşağı liqa təmsilçisi elitaya yüksəlmək uğrunda mayın 28-i "Kasa Pia" ilə final oynayacaq. 

Almaniya Kuboku: “Bavariya” çempion “Hull Siti” PREMYER liqada! “Çelsi”nin yeni transfer hədəfi: BARKO Türkiyə Superkuboku: Cütlüklər bəlli oldu Kivu ən yaxşı seçildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью