Portuqaliya millisi formaya dəyişiklik edəcək

14.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Kriştiano Ronaldonun Portuqaliya millisindəki zəngin karyerasını başa vurmasından sonra yığma rəmzi 7 nömrəli formada yeni dizayna keçib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, təqdim olunan yeni dizaynda “7” rəqəminin ortasında xüsusi çərçivə xətti əlavə edilib. Qurum bu addımı belə şərh edib:

“Yeni “7” nömrə ilə debüt etmək vaxtıdır. Çünki əbədi qalacaq bir nəfər var”.

Xatırladaq ki, 41 yaşlı hücumçu noyabrın 5-də milli komandadaki karyerasını bitirdiyini açıqlamışdı.

Portuqaliya bayrağı altında 234 matçda 146 qol vuran, Avropa çempionatı (2016) və ikiqat Millətlər Liqasının (2019, 2025) qalibi olan əfsanəvi oyunçuya ehtiram əlaməti olaraq, komanda noyabrın 14-də Danimarka ilə Millətlər Liqası matçına məhz bu xüsusi dizaynlı “7” nömrəli formalarla çıxacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью