Portuqaliya millisi Ronaldonun şərəfinə xüsusi mərasim KEÇİRƏCƏK

13.11.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliya millisi UEFA Millətlər Liqasının 5-ci turunda Danimarka ilə qarşılaşmadan əvvəl Kriştiano Ronaldonun şərəfinə vida mərasimi təşkil edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Diário de Notícias" nəşri məlumat yayıb.

Məlumata görə, Portuqaliya millisinin bütün futbolçuları meydana Ronaldonun simvoluna çevrilmiş 7 nömrəli formalarla çıxacaqlar.

Qərar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, baş məşqçi Jorji Jezuş, eləcə də komandanın kapitanları Bernardo Silva, Ruben Diaş və Bruno Fernandeşin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.

Bundan əlavə, matçın 7-ci dəqiqəsində millinin sabiq kapitanının şərəfinə simvolik aksiya təşkil olunacaq. Hər iki təşəbbüs UEFA tərəfindən təsdiqlənib.

Portuqaliya Futbol Federasiyası, həmçinin Ronaldonun yığmanın təlim-məşq bazasında toplanışlar zamanı adətən qaldığı otağı boş saxlamaq qərarına gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью