Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Portuqaliya millisi üç futbolçusunu itirdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Portuqaliya millisinin üç futbolçusu Danimarkaya 1:4 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının 5-ci tur matçından sonra komandanın düşərgəsindən ayrılıb.
QOL.az xəbər verir ki, bunlar müdafiəçi Ruben Diaş, yarımmüdafiəçilər Joao Palinya və Bernardo Silvadır.
Portuqaliya Futbol Federasiyasının məlumatına görə, Diaş və Palinya sarı vərəqə limitini doldurduqları üçün noyabrın 17-də Uelsə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəklər.
Zədəsi olan Bernardo Silva isə növbəti matçda oynamağa hazır olmadığı üçün düşərgəni tərk edib.
Qeyd edək ki, Portuqaliya millisi 12 xalla qrupda liderdir.