Portuqaliya millisinin baş məşqçisi postuna əsas namizəd müəyyənləşib

19.06.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xorxe Jesus dünya çempionatından sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məşqçi 2025/26 mövsümünün sonunda "Əl-Nəsr"dən ayrılıb. Hazırda o, milli komandaya qoşulmaq üçün danışıqlar aparır və bu vəzifəyə əsas namizəddir.

Qeyd edək ki, bir müddət əvvəl Portuqaliya millisinin hazırkı baş məşqçisi Roberto Martinezin "Əl-Nəsr"i çalışdıra biləcəyi ilə bağlı xəbərlər yayılıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью