Portuqaliya millisinin hücumçusu Barselonaya keçmək istəyir

13.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Portuqaliya millisinin və İtaliyanın "Milan" klubunun hücumçusu Rafael Leao İspaniya təmsilçisi "Barselona"ya keçmək istəyir.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə yaxın ətrafına bildirib.

Kataloniya klubunun rəhbərliyi də istedadlı oyunçunu transfer etməkdə maraqlıdır və bu işdə agent Jorje Mendeşin köməyinə ümid edir.

Qeyd edək ki, R.Leao cari mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью