Portuqaliya millisinin məşq proqramı dəyişdi

15.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Portuqaliya millisinin məşq proqramı dəyişdi

Portuqaliya millisi DÇ-2026 hazırlığı zamanı gözlənilməz problemlə üzləşib.

QOL.az xəbər verir ki, bu barədə “Maisfutebol” nəşri məlumat yayıb.

Floridada hava şəraitinin pisləşməsi səbəbindən komanda hazırlıq planında dəyişiklik etmək məcburiyyətində qalıb. Güclü fırtına açıq havada keçirilməsi nəzərdə tutulan məşqin və yarımmüdafiəçi Matheus Nunesin mətbuat konfransının ləğvinə səbəb olub.

Futbolçular meydandakı məşq əvəzinə yerli hakimiyyətin təhlükəsiz sığınacaq kimi təqdim etdiyi idman zalında qısa məşqlə kifayətləniblər.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-dakı ilk oyununu iyunun 17-də Konqoya qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью