Portuqaliya millisinin sabiq futbolçusu saxlanıldı Yeni Çağ Media

31.12.2024

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedo paytaxt Lissabonda saxlanılıb.

Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hor” klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zorakılıqda şübhəli bilinərək tutulub.

Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.

Semedo 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedo girov müqabilində həbsxanadan azadlığa buraxılıb./Qafqazinfo/

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью