Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Portuqaliya millisinin müdafiəçisi Antonio Silva karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi Portuqaliyanın “Benfika” klubundan “Bornmut”a transfer olunub.
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mətbuatda yayılan xəbərlərə görə, transferin sabit məbləği 25 milyon avro təşkil edir. Müqavilədə əlavə 5 milyon avro bonus da nəzərdə tutulub.
“Benfika”nın yetirməsi olan Antonio Silva 2022-ci ilin yayından əsas komandada çıxış edirdi. “Bornmut” onun karyerasında ilk xarici klub olub.
PSJ istəyirdi, "Qalatasaray" alır: Danışıqlar başladı Mert Hakan Yandaşın cəzası azaldıldı "Ayaks" Brantı rəsmən açıqladı – 2029-cu ilədək UEFA-dan FIFA rəhbərliyinə sərt ittiham – “Etimadı itirib” "Fənərbaxça" UEFA siyahısını yenilədi – Muriqi əlavə olundu