Portuqaliya millisinin üzvü Latsio da RƏSMİ

07.06.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Latsio" "Arsenal"dan icarəyə götürdüyü Nunu Tavareşi komandada saxlayıb.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi portuqaliyalı müdafiəçi üçün satınalma bəndini işə salıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Latsio" Tavareş üçün "Arsenal"a 5 milyon avro təzminat ödəyib. 25 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nunu Tavareş ötən mövsüm icarə əsasında "Latsio"nun formasını geyinib. Portuqaliya millisinin üzvü Roma təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 9 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью