Portuqaliya millisinin üzvü Yuventus da qalacaq RƏSMİ

22.07.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Yuventus" ötən mövsüm "Portu"dan icarəyə götürdüyü Fransisko Konseysaunun transfer hüquqlarına yiyələnəcək.

Sportal.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Yuventus" 22 yaşlı vinger üçün Portuqaliya klubuna 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Fransisko Konseysau ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью