Portuqaliya millisinin yarımmüdafiəçisi Əl Əhli də

13.07.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sportinq"in yarımmüdafiəçisi Fransisku Trinkan karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Əl-Əhli" portuqaliyalı futbolçunun keçidi ilə bağlı razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Ərəblər 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün onun klubuna 45+5 milyon avro təzminat ödəyəcəklər.

Qeyd edək ki, 2022-ci ilin yayında "Barselona"dan transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 13 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью