Portuqaliya minifutbol yığmasının meneceri: Azərbaycan dünya çempionatının favoritidir | I…
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliya minifutbol yığmasının meneceri Hüqo Koşta Azərbaycan millisini dünya çempionatının favoriti hesab edir.
Oxu.Az xəbər verir ki, o, bunu "Report"a açıqlamasında deyib.
Menecer Azərbaycan millisi ilə yanaşı, Rumıniya və Çexiyanı da fərqləndirib: "Təbii ki, Azərbaycan millisi dünya çempionatının favoritidir.
Çünki ev sahibi olmaqla yanaşı, həm də peşəkar komandadır. Həmçinin Rumıniya millisi hər yarışda çox güclü çıxış edir.
Çexiya da çox yaxşı oynayır və favoritdir. Bunlar çempionatda gördüyüm ən yaxşı komandalardır və düşünürəm ki, çox irəli gedəcəklər".
O, növbəti mərhələyə vəsiqəni təmin etmiş Portuqaliya yığmasının oyununa da toxunub: "Qrup lideri olduğumuza görə bu oyun bizim üçün formal xarakter daşıyırdı.
Amma qələbə qazanmaq və komandanı növbəti oyuna hazırlamaq istəyirdik.
Tam oxu
Xəbəri oxu