Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi

16.11.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi

Portuqaliya yığması 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin son oyununda tarixində ikinci dəfə rəqib qapısına doqquz qol vurub.

QOL.az xəbər verir ki, Portuqaliya milli komandası Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəlib. Bundan öncə İrlandiya ilə qarşılaşmada qırmızı vərəqə aldığı üçün Kriştiano Ronaldo sözügedən matçda iştirak etməyib. Maraqlısı odur ki, Portuqaliya tarixində ilk dəfə 2023-cü ildə Lüksemburqa qarşı matçda 9 qol vurmuşdu və həmin oyunda da Ronaldo iştirak etməmişdi.

Qarşılaşmanın digər maraqlı tərəfi də vardır ki, sözügedən matçda Portuqaliya yığmasının iki futbolçusu het-trik etməyi bacarıb. Belə ki Brunu Fernandes iki penalti (45+1 və 72-ci dəqiqələr) və 51-ci dəqiqədə vurduğu qolla fərqlənərək het-trikini tamamlayıb. Joao Neves isə rəqib qapısına 30-cu, 41-ci və 81-ci dəqiqələrdə yol tapıb.

Portuqaliya qrupu birinci pillədə başa vuraraq 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью