Portuqaliya Superkubokunun qalibi bəlli oldu

01.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Portuqaliya Superkubokunun qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, həlledici oyunda ölkə çempionu "Sportinq"lə Liqa Kubokunun son qalibi "Benfika" üz-üzə gəlib.

"Benfika" 1:0 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb. Matçda yeganə qol 50-ci dəqiqədə Pavlidis tərəfindən vurulub.

Bununla da "Benfika" onuncu dəfə bu titula yiyələnib.

31 iyul, 15:00

Bu gecə Portuqaliya Superkubokunun qalibi bəlli olacaq.

Oxu.Az xəbər verir ki, həlledici oyunda ölkə çempionu "Sportinq"lə Liqa Kubokunun son qalibi "Benfika" üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, hər iki komanda doqquz dəfə bu titulun sahibi olub.

31 iyul

Portuqaliya Superkuboku

Final

Saat 23:45, "Sportinq" - "Benfika".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью