Portuqaliya üçün Ronaldosuz çox çətindir

28.01.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Manişe Kriştiano Ronaldonun yığmadakı əhəmiyyətindən söz açıb.

Sportal.az xəbər verir ki, Manişe öz açıqlamasında bunları qeyd edib:

"Dünya çempionatlarında mərkəz müdafiəçilərinin səviyyəsi çox yüksəkdir və bu, Ronaldonun böyük turnirlərdə niyə əvvəlki qədər faydalı olmamasını izah edə bilər. Amma mən əminəm ki, Kriştiano oynamayanda Portuqaliya üçün çox çətindir. Ronaldunun komandada olması bir üstünlükdür."

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью