Portuqaliya uduzdu, Gürcüstan 1/4 ə adladı

01.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Slovakiyanın Bratislava şəhərində minifutbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, mərhələnin ilk günündə 4 oyun keçirilib. 

Bosniya və Herseqovina ilə Macarıstan arasında keçirilən oyunda əsas vaxt heç-heçə nəticələnib. Penaltilər seriyasında Macarıstan daha dəqiq nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazanıb.

Digər matçda Bolqarıstan Fransanı darmadağın edib. 

Ukrayna millisi 1/8 finalda Portuqaliya ilə qarşılaşıb və inamlı qələbə sayəsində 1/4-ə adlayıb. 

Günün daha bir görüşündə isə Polşa ilə Gürcüstan seçmələri münasibətlərinə aydınlıq gətiriblər. Qonşularımız minimal hesabla qalib gəliblər.

AÇ-2026
1/8 final
31 may

Bosniya və Herseqovina – Macarıstan 2:2 (penaltilər - 2:3)

Bolqarıstan – Fransa 6:1

Polşa – Gürcüstan 1:2

Ukrayna – Portuqaliya 3:1

1/8 finalın son dörd oyunu bu gün - 1 iyunda keçiriləcək. 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью