Portuqaliya Uels görüşündə qapılara beş qol vuruldu

18.11.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin 6-cı turu çərçivəsində Uels və Portuqaliya milli komandaları qarşılaşıb.

Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda keçirilən görüş qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 11-ci dəqiqədə Joao Neveşin ötürməsindən sonra Portuqaliya millisinin kapitanı Bruno Fernandeş açıb. Cəmi iki dəqiqə sonra Rubin Kolvilin ötürməsini qolla tamamlayan Devid Bruks hesabı bərabərləşdirib.

Birinci hissənin sonlarına yaxın Uels önə keçib. 41-ci dəqiqədə Bruksun məhsuldar ötürməsindən sonra Sorba Tomas komandasının ikinci qolunu vurub. Lakin Portuqaliya fasiləyə qədər hesabı bərabərləşdirib: 43-cü dəqiqədə Fransisko Trinkaonun ötürməsindən sonra Pedro Neto fərqlənib - 2:2.

Görüşün 70-ci dəqiqəsində qonaqların hücumçusu Karlos Forbs dəqiq zərbə ilə Portuqaliyanı yenidən önə keçirib - 2:3.

İkinci qolun müəllifi Pedro Neto 72-ci və 74-cü dəqiqələrdə iki sarı vərəqə alaraq meydandan qovulub. Beləliklə, Portuqaliya komandası oyunun qalan hissəsini azlıqda keçirsə də, hesabı qoruyaraq qələbə qazanıb.

Bu nəticədən sonra Portuqaliya 15 xalla 4-cü qrupda birinci yeri tutub. Uels isə 3 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.

///oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью