futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
DÇ-2026-nın pley-off mərhələsinin Portuqaliya – Xorvatiya oyununda yeni rekord qeydə alınıb.
Futbolpress.az xəbər verir ki, matçın baş hakimi Espen Eksos oyunun əsas vaxtına 10 dəqiqə əlavə edib.
Uzatmalarda vurulan və sayılmayan qollar olduğu üçün görüşün əlavə vaxtı ümumilikdə 18 dəqiqə çəkib. Bu, mundiallar tarixinə ən çox artırılma dəqiqənin oynanıldığı matç kimi düşüb.
Portuqaliya Xorvatiyanı 2:1 hesabıyla məğlub edib.
Əvvəlki rekord DÇ-2022-də qeydə alınıb. Həmin mundialın İngiltərə – İran matçında əlavə 14 dəqiqə oynanılıb.