Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya və Nigeriya arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Portuqaliyanın Leyriya şəhərindəki “Magalhães Pessoa” stadionunda keçirilib. Ev sahibi komanda 2:1 hesabı ilə qalib gəlib.
Portuqaliyalı hücumçu Pedro Neto 23-cü dəqiqədə hesabı açıb. Nigeriyalı hücumçu Akor Adams 37-ci dəqiqədə bərabərlik qolunu vurub. Şiko Konseysao 75-ci dəqiqədə ev sahibi komandanı yenidən irəli çıxarıb.
Portuqaliya millisi DÇ-2026-da iştirak edəcək. Turnirdə Portuqaliya Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikası ilə bir qrupda oynayacaq.