Portuqaliyada fırtına 290 mindən çox evi elektriksiz qoyub

30.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

“Kristina” fırtınasından sonra Portuqaliyada 290 mindən çox ev elektriksiz qalıb.

AZƏRTAC xəbər verir ki, “Lusa” informasiya agentliyinin yaydığı məlumata görə, Portuqaliyanın milli enerji şirkəti 290 mindən çox müştəriyə hələ də elektrik enerjisi verilmədiyini bildirib.

Ölkənin qərbində yerləşən Leyriya dairəsi fırtınadan daha çox zərər çəkib. Həmin bölgədə 221 min ev elektriksiz qalıb.

Elektrik verilişinin dayandırılması güclü küləklərin şəbəkəni zədələməsi və ağacların müxtəlif konstruksiyaların üzərinə aşması ilə əlaqədar olduğu bildirilir.

Dünən Portuqaliya hökuməti fırtınadan ən çox zərər çəkən ərazilərdə fövqəladə vəziyyət elan edib. Fırtına nəticəsində azı beş nəfər həyatını itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью