Portuqaliyada güclü yağış: Küçə və prospektləri su basdı

15.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Portuqaliyada leysan yağışların yaratdığı seldə küçə və prospektləri su basıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ddünən Portuqaliyanın cənubundakı Alqarve bölgəsinə yağan güclü yağış sel fəlakətinə səbəb olub.

Bildirilib ki, Albufeyra rayonunda küçələr cəmi 5 dəqiqə ərzində su altında qalıb.

Yağış səbəbindən rayonda iş yerləri su altında qalarkən, Monkarapaço bölgəsində avtomobilləri sel suları aparıb .

Ölkənin cənubunda yerləşən Faro bölgəsində bu gün yerli vaxtla saat 21:00-a qədər güclü daşqın xəbərdarlığı edilib.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью