“Portuqaliyada olmaq və gözəl stadionda oynamaq möhtəşəm hissdir”

15.09.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Qurban Qurbanov: İnanıram ki, futbolçular “Benfika”ya qarşı çəkinmədən mübarizə aparacaqlar

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, matça tam istədikləri kimi hazırlaşmadıqlarını bildirib: “Bəzi səbəblərə görə, istədiyimiz kimi hazırlaşa bilmədik. Amma yaxşı təcrübəmiz var. İnanıram ki, futbolçular çəkinmədən mübarizə aparacaqlar.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью