Portuqaliyada sərxoş sürücü 10 dan çox piyadanı vurub

26.08.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyanın cənubunda Albufeyre kurort şəhərində sərxoş sürücü idarə etdiyi minik avtomobili ilə yolu keçən piyadaları vurub

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 25-ə keçən gecə saat 3 radələrində şəhərin bar və gecə klubları ilə məşhur olan mərkəzi küçələrinin birində baş verib.

Qəzada ümumilikdə 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlardan ikisi polisdir. Digər ikisi isə Şotlandiya və Polşadan olan turistlərdir. Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, 35 yaşlı sürücü qəzadan sonra avtomobili qoyaraq hadisə yerindən uzaqlaşmağa çalışsa da polis tərəfindən ələ keçirilib. Yoxlama zamanı adı açıqlanmayan kişinin qanında normadan artıq alkoqol aşkarlanıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью