Portuqaliyada tramvay relsdən çıxıb: 15 nəfər ölüb

03.09.2025

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Portuqaliyanın paytaxtı Lissabonda tramvayın relsdən çıxması nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.
Newscenter.az yerli mətbuata istinadən bildirir ki, hadisə Lissabonun məşhur turistik məkanı olan Gloriada baş verib.
Portuqaliya prezidenti Marselo Rebelo de Sousa verdiyi yazılı açıqlamada qəzada ölən və yaralananları təsdiqləyib və kədərini ifadə edib.
Sosial şəbəkələrdə yayılan videoda tramvaydan qalxan tüstü və insanların dağıntıları çıxarmağa çalışdığı görünür.
Anar Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью