Portuqaliyalı futbolçu faciəvi şəkildə dünyasını dəyişib

16.07.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyanın "Despertar" komandasında çıxış edən 17 yaşlı futbolçu Xorxe Sarayva faciəvi şəkildə dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, iki gün əvvəl üç dostu ilə birlikdə Karkavelos çimərliyində dalğa tərəfindən okeana sürüklənib. Xilasedicilər portuqaliyalı futbolçunun dostlarını xilas edə bilsələr də, Sarayvanın cəsədi sonradan tapılıb.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью