Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə bağlı qərar verib.
QOL.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı yarımmüdafiəçinin transfer hüququnu alacaq. Bu barədə klubun idman direktoru Kristiano Cuntoli "Football İtalia"ya açıqlamasında məlumay verib.
21 yaşlı futbolçu özü də komandada qalmaq istəyir..
Qeyd edək ki, "Yuventus" Fransisko Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü "ağ-qaralar"ın ehyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.