Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Joao Feliks "Əl-Nəsr"də oynamaqdan doyub və Avropaya qayıtmaq istəyir. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Record"a açıqlamasında bildirib:
"İspaniya, İtaliya, İngiltərə, Fransa və ya Almaniyadan olan böyük Avropa klubuna qayıtmaq istəyirəm. Mən artıq böyük komandalarda çıxış etmişəm və bu yolla davam etmək niyyətindəyəm."
Portuqaliyalı futbolçu cari mövsümü "Əl-Nəsr"də başa vuracağını, lakin bundan sonra digər təklifləri nəzərdən keçirəcəyini təsdiqləyib.
Qeyd edək ki, Feliks 2025-ci ilin yayında transfer olunduğu "Əl-Nəsr"in heyətində indiyədək bütün rəsmi turnirlərdə ümumilikdə 61 oyun keçirib və 31 qol vurub və 27 məhsuldar ötürmə edib.