Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portuqaliyalı hücumçu "Milan"a keçdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Portuqaliya millisinin hücumçusu Qonsalu Ramuş karyerasını İtaliyada davam etdirəcək.
QOL.az xəbər verir ki, PSJ-dən ayrılan 24 yaşlı futbolçu "Milan"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında imzalanan sözləşmənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qonsalu Ramuş ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 matçda meydana çıxıb. Portuqaliyalı forvard bu görüşlərdə 12 qol vurub, 2 məhsuldar ötürmə verib.
Xatırladaq ki, "Milan" 2025/2026 mövsümünü İtaliya A Seriyasında 5-ci pillədə başa vurub.