Portuqaliyalı mütəxəssisin müqaviləsi ləğv edildi

01.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Afrika Millətlər Kubokunun seçmə mərhələsində uğursuz start götürən Qana yığmasında baş məşqçi dəyişikliyi baş verib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası (QFA) məlumat yayıb.

QFA ilə portuqaliyalı mütəxəssis Karlos Keyruş arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

DÇ-2026-da Qana millisinə rəhbərlik edən Keyruşun postunu tərk etməsinə komandanın son nəticələri səbəb olub. Qana seçmə mərhələ çərçivəsində keçirdiyi matçlarda Kot-d’İvuara (0:2) və Qambiyaya (2:4) məğlub olaraq qrupda sonuncu pillədə qərarlaşıb.

Ardıcıl uğursuzluqlardan sonra tərəflər arasında aparılan danışıqlarda müqaviləni ləğv etmək qərarına gəlinib. Assosiasiya bu addımın ölkə futbolunun və milli komandanın gələcək maraqlarına tam cavab verdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью