Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Portuqaliyalı futbolçu Renatu Sançes PSJ-dən ayrılacaq.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi baş məşqçi Luis Enrikenin planlarında yer almır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Klub nümayəndələri oyunçuya özünə yeni klub tapmalı olduğunu bildirib.
28 yaşlı futbolçu ötən mövsüm Yunanıstanın “Panatiniakos” klubunda icarədə olub.